Tərkibi: 10 ml-də
Propolis...............................................................................100 mq
Dərman gülümbaharı çiçəklərinin qatı ekstraktı..............300mq
Aptek çobanyastığı çiçəklərinin qatı ektraktı...................200 mq
Adaçayı (sürvə) yarpağı ektraktı........................................500 mq
Kəklikotu ekstraktı..............................................................100 mq
Qliserin.................................................................................1q
Köməkçi maddələr: Deionized Water (Distillə olunmuş su) ,Sodium Benzoate (Natrium Benzoat),Pottasium
Farmakoterapevtik qrupu: boğaz və ağız boşluğu üçün sprey
Farmakoloji xüsusiyyətləri:
PROPOLİS ekstraktı
Propolisin tərkibində fenol turşular, efir yağı,flavonoidlər, A,B,C və E vitaminləri kimi bir çox aktiv birləşmə var. KRVİ,boğaz ağrısı,diş və dişəti, ağzın selikli qişasının iltihabı (stomatit), mədənin selikli qişasının zədələnmələrində istifadə olunur. Antibakterial, antifungal, antiviral, antiprotozoy,antioksidant, iltihabəleyhinə bioloji və farmakoloji xüsusiyyətlər göstərir. Antibakterial xassəsi S.aureus, S.pyogenes, B.subtilis, P. aeruginosa ve E.coli üzərində effektivdir. Antifunqal kimi Candida albicans, C.glabrata, C.krusei göbələklərinə təsir edir. Güclü immunostimulyatordur.
Antiviral aktivliyi : Tədqiqatlar göstərir ki,propolis ekstraktı influenza qrip virusuna (tip A) qarşı ölümcül təsir göstərir, 15 dəqiqə ərzində herpes simplex virusu, adenovirus, faringit virusu və poliovirus daxil olmaqla müxtəlif DNT və RNT viruslarının təsirini xeyli azaldaraq çoxalmasının qarşısını alır.
Bilinənin əksinə Laringit 90-95% virus mənşəlidir və SİMPTORAL sprey təbii gücə malik antiviral təsiri ilə Laringitin müalicəsində çox efektivdir.
Dərman gülümbaharı çiçək səbətlərində triterpen saponinlər (oleanol turşusu əmələ gətirən), flavonoidlər, polisaxaridlər və minerallar vardır. Oleanol turşusu antibakterial, antiparazitar təsir göstərir. Faringit və tonzilit müalicəsində effektivdir. Xroniki kataral gingivitin müalicəsində faydalı olduğu klinik testlərdə göstərilmişdir. Bununla birlikdə Streptococcus mutans-ı inhibə etdiyi aşkar edilmişdir. Bitkinin antifunqal təsiri güclüdür. Tərkibindəki triterpen törəmələri yaralarda fibrin və hiperemiyanın qarşısını alaraq iltihabəleyhinə birbaşa təsir edir. Polisaxaridlər sayəsində qranulositlərin faqositozunu stimullaşdırır. Antioksidant aktivliyi fenol və flavonoidlərlə əlaqədardır.Hipoqlikemik,qastroprotektor,hepatoprotektor, spazmolitikdir. Antiviral təsiri ilə qrip virusu, herpes, HİV və Epşteyn Barr əleyhinə aktivliyə malikdir.
Çobanyastığının tərkibində xamazulen efir yağları,bisabolen seskviterpenləri,flavonoidlər(apigenin və lüteolin),aşı maddələri və kumarinlər var.
Çobanyastığı uşaqlarda diş ağrısını aradan qaldırır, ağız və boğazdakı kiçik ülserlərin, iltihabların, soyuqdəymənin simptomatik müalicəsində effektivdir, yəni SİMPTORAL spazmolitik, iltihabəleyhinə, antiseptik və yarasağaldıcı təsir edir. Həmçinin dispepsiya, şişkinlik,mədə ülserini (H.pylorinin törətdiyi) aradan qaldırır.Büzüşdürücü effektə malikdir, immunostimulyatordur. Tədqiqatlar göstərir ki, çobanyastığı ekstraktının farmakoloji aktivliyi insulin ifrazından asılı olmadığından qan şəkərini azaltmaq, qaraciyərdə qlikogen yığılmasını artırmaq və hiperqlisemiya ilə əlaqəli oksidativ stressin azalmasında pankreas beta hüceyrələrinin qoruyucu təsirini artırmaq funksiyası var.
Kəklikotu ekstraktı tərkibində fenol birləşmələr olan timol və karvakrol, flavonoidlər,triterpen saponinlər var. Fenol birləşmələr sayəsində antitussiv, antioksidant və spazmolitik təsir göstərir. Kəklikotu güclü antibakterial aktivliyə və göbələk əleyhinə təsirinə görə soyuqdəymə simptomları, bronxit, laringit, tonzillit və yuxarı tənəffüs yolları infeksiyaları,dispepsiya və ishalı aradan qaldırmaq üçün istifadə olunur. Klinik testlər nəticəsində sübut olunub ki, antioksidant təsiri alfa tokoferolla müqayisə olunacaq dərəcədə güclüdür. Ekspektorant təsiri isə saponinlərlə əlaqəlidir. Kəklikotu ekstraktı E. coli, S.mutans, S.enterica C.albicans-a qarşı aktivdir. Həmçinin H.pylorinin həm böyüməsini, həm də güclü ureaz aktivliyini azaldaraq əhəmiyyətli inhibitor təsir göstərir.
Kliniki sınaqlarla yuxarı tənəffüs yolu infeksiyalarının törətdiyi öskürəyi olan 2 aydan 14 yaşa qədər uşaqlar 5 gün ərzində kəklikotu şərbəti ilə müalicə olunmuşdur. Araşdırmanın başlanğıcı ilə müqayisədə xəstələrin 94% -də öskürəyin yaxşılaşdığı bildirildi.
Adaçayı (sürvə) yarpağı ektraktı- yarpaqlarında tuyon, triterpen (ursol və oleanol), polifenol birləşmələri, flavonoidlər,polisaxaridlər,B və C vitaminləri var. Tuyon E.coli, Salmonella spp, K.ozanae, B.subtilis və C.albicans da daxil olmaqla müxtəlif göbələklər və bakteriyalara qarşı antimikrob təsir göstərir. Fenol birləşmələri isə Enterococcus üzərində effektivdir. Laringit, faringit, stomatit, gingivit, qlossit, kiçik ağız xəsarətləri və burun mukozasının iltihabını götürür. Güclü antitussiv təsirə malikdir. Antioksidant, büzüşdürücü, immunomodulyator, spazmolitik təsirlidir. Adaçayı menopauza ilə əlaqədar həddindən artıq tərləmə və tüpürcək, dismenoreya, ishal, qastrit, köp, iştah pozğunluqlarını aradan qaldırır.
İstifadəsinə göstərişlər:
İstifadə qaydası və dozası:
1-3 yaş 1 püsk. gündə 1-2 dəfə
3-7 yaş 1 püsk. gündə 2-3 dəfə
7-14 yaş 1 püsk. gündə 3-5 dəfə püskürtmə
14 və böyüklər 1-2 püsk.gündə 4-6 dəfə
Yeməkdən 1 saat sonra istifadə olunur. Preparatın istifadəsindən sonra 1 saat qida və maye qəbulu tövsiyə olunmur.
Əks göstərişlər : Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
Buraxılış forması: Simptoral 30 ml dozalayıcı qurğu ilə təchiz olunmuş flakonda. 1 flakon iclik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
İstehsalçı: Fitolab
Bülletenimizə abunə olun və ən son xəbərlər, xüsusi təkliflər, tədbirlər və endirimlərdən ilk siz xəbərdar olun.