Tərkibi (hər 5 ml məhlulda)
Təsiredici maddələr:
Sink (as Zinc sulfate) – 10 mq
Köməkçi maddələr
Dionizə edilmiş su; ksantan saqqızı; çiyələk aroması; dadlandırıcı; potassium sorbate; sodium benzoate.
Sink (as Zinc sulfate) Orqanizm üçün vacib mikroelement olub, orqanizmin bütün hüceyrələrində rast gəlinir.Bu elementin insan orqanizmində funksiyası zülalların, yağların, karbohidratların sintezi və parçalanmasında iştirak etməkdir. SECREVİR ZİNKO preparatının tərkibindəki sink orqanizmdə leykositlərin , anticisim, hormənların fəaliyyətinə təkan verir. Sink hüceyrələri orqanik toksinlərdən, ağır metalların təsirindən, radiasiyadan və patogen bakteriyaların hasil etdiyi endotoksinlərdən qoruyur, antioksidant təsiri göstərir.Sink 200-dən çox fermentin tərkibinə daxildir və onlar müxtəlif mübadilə reaksiyalarında iştitak edir. DNT və RNT-yə bağlı protein sintezi üçün lazımdır.Bədəndə sink defisiti özünü müxtəlif formalarda büruzə verə bilər. Diareya, iştahanın itməsi, çəkinin azalması, qanazlığı, ekzema, dermatit kimi əlamətlər sink çatışmamazlığından xəbər verir.
GÖSTƏRİŞLƏR.
KRX nəticəsində əmələ gələn kəskin və xroniki diareyalar
Sink çatışmamazlığı , seboreya, akrodermatit, akne vulqaris
Boyun inkişafdan qalması
Hormon çatışmazlığı
Görmə itiliyinin azalması
Suni qidalanma , Anoreksiya
İntensiv boy və çəki artma dövrü
Əks göstərişlər Məhsulun hər hansı komponentinə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası
Profilaktik məqsədlə: 4 yaşa qədər uşaqlara həkim məsləhəti ilə, 4-14 yaş 5 ml gündə 1 dəfə
İstifadədən öncə flakonu çalxalamaq lazımdır.
QEYD: Doza və yaş həddi yalnız həkim məsləhəti ilə dəyişdirilə bilər.
Buraxılış forması: Şərbət
Qablaşdırma forması: 150 ml şüşə flakonda, karton qutu qablaşdırmada.
Saxlanma şəraiti: 25°C-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Aspar ilaç Mh.Dereboyu Cad.No:4/1 Beysan San.Sit.Beylikdüzü.İstanbul.Türkiyə
Bülletenimizə abunə olun və ən son xəbərlər, xüsusi təkliflər, tədbirlər və endirimlərdən ilk siz xəbərdar olun.