Secrevit K 15 ml № 10

Secrevit K 15 ml № 10

Secrevit-K

 

Tərkibi:

Hər bir şüşə flakonun (15 ml) tərkibində:

Arı südü tozu (lioflizə olunmuş)                                                 200 mq

Barbados albalısı ekstraktı tozu   (Malpighia emarginata )        150 mq

Qaragilə konsentratlaşdırılmış şirəsi (Vaccinium myrtillus)        750 mq

Qara kəndəlaş konsentratlaşdırılmış şirəsi (Sambucus nigra )  500 mq 

Böyürtkən  (Rubus furitcosus)                                                    375 mq

Xüsusiyyətləri:

Secrevit-K təbii maddələrdən ibarətdir. Bioaktivator olub, orqanizmin təbii müdafiəsinə kömək edir dondurulmuş arı südü, barbados albalısı və antasianidinlərlə zəngin bitki qarışığından (Qaragilə Qara kəndəlaş Böyürtkən) ibarətdir.

Arı südünün tərkibində orqanizmə lazım olan 20-yə yaxın aminturşu, çoxlu vitaminlər, mikroelementlər və mineral maddələr, 110-a yaxın bioloji aktiv birləşmələr vardır. Arı südü immun sistemini gücləndirir, infeksion xəstəliklərə qarşı müqaviməti artırır, maddələr mübadiləsini yaxşılaşdrır. Ümumi tonus yüksəlir, insan gümrahlaşır, cavanlaşır, daxili sekresiya vəzilərinin fəaliyyəti normallaşır. Barbados albalısı  vitamin C mənbəyidir, antioksidant xüsusiyyətə malikdir, orqanizmə tonuslandırıcı, bərpaedici, virus və infeksiyalardan qoruyucu təsir göstərir.

 Göstərişlər:

  • Yorğunluq dövrü.
  • Orqanizmdə mövsümü dəyişikliklərlə yarana proseslər.
  • Orqanizmdə gərgin işlə əlaqədar yaranan proseslər.
  • Stress.
  • Secrevit-K həmçinin uşaqlar və yaşlılar üçün dəstək preparatı sayılır. Uşaqlarda xüsusən də yeniyetmələrdə effektli təsirə malikdir. Tərkibində heç bir boya maddəsi və konservant yoxdur.Tam təbii qida əlavəsidir.

 

 İstifadə qaydası və dozası:

Böyüklərə və 6 yaşından böyük uşaqlara gündə 1 flakon (15ml);

2 - 6 yaş arası uşaqlara gündə yarım flakon (7,5ml) təyin olunur.

İstifadədən əvvəl flakonu silkələyin.

 

Qeyd:

Tövsiyə olunan dozanı keçməyin. Əlavələr çeşidli və balanslı pəhriz üçün əvəzedici hesab edilməməli və sağlam həyat tərzinin bir hissəsi kimi istifadə olunmalıdır.

 

Buraxılış forması:

Hər biri 15 ml- lik 10 şüşə flakondan ibarətdir.

İstehsalçı: FİTO LAB sp.Zo.o. Polşa.                                                                                                                                                                         

 

 

 

 

Veb sayt Markup Agency tərəfindən hazırlanıb