SECREVIT-BABY
(150 ml şərbət)
Tərkibi: Hər 10 ml-də
Vitamini A ……….…….0,4 mq
Vitamin C……..….….….40 mq
Vitamin D3……………...3 mkq
Vitamin E………….…….7 mq
Vitamin B1…….……..…0,6 mq
Vitamin B2……………...0,8 mq
Vitamin B6……………...1 mq
Vitamin B9……………...0,2mq
Vitamin B12………….…1mkq
Xüsusiyyətləri: Vitamin A və ya retinol orqanizm üçün zəruri olan vitaminlər arasında ilk beşliyə daxildir. Vitamin A- Görmə funksiyası, dərinin bərpası və gücləndirilməsi, dəri xəstəliklərinin müalicəsində, dişlərin və sümük strukturlarının sağlam formalaşmasında, virusların törətdiyi infeksiyalarda istifadə olunur, immunitet sisteminin sağlam qalmasına və optimal işləməsinə kömək edir.
Vitamin C və ya askorbin turşusu suda həll olunan vitamindir. Bir çox fermentativ reaksiyalarda iştirak edir. Tədqiqatlar göstərir ki, C vitamini bədənin hər yerində toxumaların böyüməsi və bərpası üçün lazımdır. Vitamin C güclü antioksidantdır.
D vitamini kalsiumun tənzimlənməsində və qanda fosfor səviyyəsinin saxlanmasında mühüm rol oynayır; Bunlar sağlam sümükləri qorumaq üçün son dərəcə vacib olan iki amildir. Bağırsaqlardakı kalsiumu udmaq və böyrəklər tərəfindən xaric ediləcək kalsiumu bərpa etmək üçün D vitamini lazımdır.
Vitamin E çox güclü antioksidantdır, sərbəst radikallar adlanan boş elektronları təmizləyir. O, həmçinin immun funksiyasını gücləndirir, ürək damarlarında laxtaların əmələ gəlməsinin qarşısını alır. E vitamini lazımi miqdarda qəbul edildikdə orqanizmi yoluxucu xəstəliklərdən qorumağa kömək edir.
B vitamin grupu kliniki təbabətdə mühüm yer tutur. B gruppu vitaminlər aksonal keciriciliyə metabolic təsir edir.Onlardan əsasları tiamin(B1 vit.) , piridoksin(B6 vit), sianokobalamin(vit B12) və s. serotonin və GAYT vasitəsilə təsir edirlər. B Vitamini bədəndəki ən vacib vitaminlərdən biridir. Bu vitamininin faydaları olduqca çoxdur. Çatışmazlığı halında ilk təsirlənən immun sistemi və həzm sistemidir.
Göstərişlər:
İstifadə qaydası və dozası:
1,5 yaşa qədər həkim məsləhəti ilə, 1-4 yaş arası 5ml gündə 1-2 dəfə, 4-14 yaş arası 10 ml gendə 1-2 dəfə, 14 yaşdan yuxarı uşaqlar və böyüklər 10 ml gündə 2-3 dəfə qəbul olunur.
Əks göstərişlər : Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
Buraxılış forması: Secrevit-Baby 150 ml şərbət.
İstehsalçı: FİTO LAB sp.Zo.o. Polşa.
Bülletenimizə abunə olun və ən son xəbərlər, xüsusi təkliflər, tədbirlər və endirimlərdən ilk siz xəbərdar olun.