Secrevit Amino 50 ml damcı

Secrevit Amino 50 ml damcı

                                                                 

Secrevit Amino, damcı formasında olub bədəndə kollagen və yeni zülalların yaradilması vasitəsilə vaxtından əvvəl doğulmuş, inkişafdan geri qalmış və digər çatışmazlıqları olan  körpələrin böyüyüb inkişaf etməsini effektiv sürətdə təmin edir.

Tərkibi: Hər 1ml-də (20 damcı):

L-Arqinin                        1,2 mq          L-Metionin                 1,84 mq

L-Histidin                        0,7 mq          L-Fenilalanin             1,0 mq

L-Izoleysin                       1,18 mq        L-Treonin                   0,85 mq

L-Leysin                           3,66 mq        L-Triptofan                1,0 mq

L-Lizin Hidroxlorid          5,0 mq           L-Valine                      1,34 mq                

Vitamin C                         100 mq

Xüsusiyyətləri və istifadə üçün göstərişlər: L-ARQİNİN Boy hormonunun əmələ gəlməsinə kömək edir, immun sistemini gücləndirir. Xoş və bəd xassəli şişlərin inkişafının sürətlənməsini azaldır.Orqanizimdə piylərin metobalizmini sürətləndirir və qanda xolestirinin miqdarını azaldır. L-HİSTİDİN Zulal hemoqlobin sintezində əsas rol oynayır. Qan laxtalanmasinda vacib requlyatorlardan biridir.Revmatoid artriddə, anemiya və alergiyalarda istifadə olunur. L-İZOLEYSİN Əzələ toxumalarının formalaşmasında əsas rol oynayır.Əsəbi və iştahasiz insanlara təyin olunur. L-LEYSİN Orqanizmin protein sintezində və immun sistemin möhkəmlənməsində böyük rol oynayır.Yara və sümüklərin sürətlə sağalmasına kömək edir. L-LİZİN HİDROXLORİD Lazımı miqdarda kalsiumu təmin edir. Karnitinin sintezində istifadə olunur. L-METİONİN Saç, dəri və dırnaqların formalaşmasında əsas rol oynayır. Xolesterinin qara ciyərdə miqdarinı azaldır. L-FENİLALANİN Sinir hüceyrələrindən beyinə siqnal ötürür. Yaddaşı gücləndirir,ağrını aradan qaldırır. İnsulin, papain və melanin zülallarının sintezində böyük rol oynayır.  L-TREONİN İmmunoloqobinlərin və antitellərin sintezi üçün vacibdir. Qara ciyərdə piylərin yığılmasının qarşısını alır. Beyində əsəb impulslarının ötürülməsini təmin edir. Yenidoğulmuşlarda immun sistemin qorunması üçün qan plazmasında böyük miqdarda toplanır. L-TRİPTOFAN İştahi və yuxunu idarə edir, yuxusuzluğu aradan qaldırır, immun sistemi gücləndirir.Ürək əzələsinin və arteriya spazmasinin riskini azaldır. L-VALİN Bədən hüceyrələrinin sintezində və boy artımında rolu olan əsas komponentlərdən biridir. Əzələ hüceyrələrini enerji ilə təmin edir. VİTAMİN C Ən güclü antioksidantdır. AMINO-L; amin turşuları (L-Leysin, L-Metionin, L-Trionin, L-Arqinin) adrenalin sintezini normallaşdıraraq arterial təzyiqi tənzimləyir. Limfositləri və makrofaqları aktivləşdirir, immunoqlobulinlərin miqdarını artırır. İnterferon sintezini artırmaqla virusların orqanizmə daxil olmasının qarşısını alır. Bronxlarda olan iltihabı aradan qaldırır və selikli qişaların müdafiə qabiliyyətini artırır. Nəticədə Timus vəzinin həcmini  kiçildərək bronxların sıxılmasını aradan qaldırır.

Secrevit amino (amin turşuları) orqanizimdə catışmadıqda nə baş verir : qanda xolesterinin miqdarı artır, eşitmə zəifləyir, əzələ kütləsinin itkisi, qanda şəkərin miqdarının azalması, B6 vitamininin catışmamasına səbəb olur yorğunluga, əsəbiliyə, anemiyaya, saç tökülməsinə,göz damarlarının zədələnməsinə səbəb olur, böyrək və sidik sisteminin işləməsini cətinləşdirir, beyin hüceyrələri passivləşir, insulin sintezi pozulur, sinir impulslarının ötürülməsi pozulur, iştahsızlıq və yuxusuzluq, B qrup vitaminlərin və zülalların defisitinə səbəb olur.

Göstərişlər: 

Nevroloji statuslu uşaqlar                                           

Yuxusuzluq                                                                   

Yeni doğulmuşların hipotrofiya və hipotoniyası

Vaxtından əvvəl dogulmuş uşaqlar                             

İştahanın zəifləməsi

Boydan geri qalan uşaqlar                                         

İmmunitet zəifliyi

Malabsorbsiya sindromu                                             

Yaddaş zəifliyi və Allergiyalar

Hipovitaminoz və Avitaminozlar                                 

Çəki defisiti olan uşaqlarda

Nitqin gecikməsi və kəkələmə                                     

Yeni doğulmuşların respirator distress sindromu                                    

Xroniki xəstəliklər keçirmiş uşaqlarda                       

Uşaqlarda doğuş travmaları                                                                      

Əks göstərişlər: Tərkibindəki komponentlərdən hər hansi birinə həssaslıq.

İstifadə qaydası və dozalanması:

                  

                                4-14 yaşlı uşaqlarda  20 damcı (1 ml) gündə 2 dəfə

                                14 yaşdan yuxarı uşaqlar və böyüklərdə 30 damcı gündə 2 dəfə

 

Buraxılış forması: Secrevit Amino 50 ml damcı  şüşə flakon.              

Istehsalçı: Medicure İlac, Türkiyə

Veb sayt Markup Agency tərəfindən hazırlanıb