DOSTİN N20 saşe
Tərkibi : Hər 1 saşedə (5qr) qastro-rezistent ştammlar
Lactobacillus casei.............................................150 million CFU
Lactobacillus plantarum.....................................150 million CFU
Lactobacillus rhamnosus...................................200 million CFU
Lactobacillus bulgaricus....................................150 million CFU
Bifidobacterium longum.....................................150 million CFU
Lactobacillus acidophilus...................................350 million CFU
Bifidobacterium infantis......................................150 million CFU
Bifidobacterium breve.........................................150 million CFU
Streptococcus thermophiles.............................. 200 million CFU
Saccharomyces boulardii....................................0.05 million CFU
Pepsin....................................................................10 mq
Sink\ Zinc (as Zinc Sulphate 11,11mg)...............4 mq
Frukto-Oliqosaxaridlər..........................................100 m
Köməkçi komponentlər :Maltodextrin (Maltodekstrin), Citric Acid (Limon turşusu) Orange Flavor ( Portağal ləzzəti), Sucralose ( Sukraloz) , Silicon Dioxide ( Silikon Dioksid )
Xüsusiyyətləri: Dostin bağırsaq mikroflorasına normallaşdırıcı təsir göstərir, bağırsaq mikroflorasının tarazlığını tənzimləyir və onların fizioloji funksiyalarının yerinə yetirilməsini təmin edir. Dotinin terapevtik effekti canlı bakteriyaların hesabına əldə olunur. Dostinin tərkibindəki süd turşusu bakteriyaları süd turşusunun əmələ gəlməsini sürətləndirir. Bağırsaqlarda turş mühitin formalaşması patogen və şərti-patogen mikroorqanizmlərin inkişafı üçün əlverişsiz mühitin yaranmasına səbəb olur. Süd turşusu bakteriyaları monosaxaridlərin mənimsənilməsində və öd turşularının metobolizmində iştirak edir, bağırsaqların epiteli hüceyrələrinin membranlarını stabilləşdirməklə elektrolitlərin və vitaminlərin (Vitamin B1, B2, B6, B12, K, E, PP, C, D, biotin, dəmir, kalsium) sorulmasını sürətləndirir.
Dostinin tərkibindəki mikroflora kompleksi:
- süd turşusu sintez etməklə yanaşı, orqanizmi viruslar, göbələk və parazitlərə qarşı qoruyur, immunomodulyator təsir göstərir. Bağırsaqlarda iltihabı azaldır, həzmi yaxşılaşdırır. Patogen ştammların aktivliyini azaldır.
- Bifidobakteriyaların sintez etdiyi fosfoproteinfosfataza fermenti südün tərkibindəki kozein zülalının metobolizmində iştirak edir. Dostin
qəbulu zülalların həzmini yaxşılaşdırır.
- infeksiya törədicilərinə (Escherichia, Salmonella, Shigella, Proteus, Clostridium), göbələklər, protozoy və viruslara qarşı, “reuterin” adlı güclü antimikrob təsirə malik substansiya ifraz edir. Bağırsaq motorikası və funksiyasını yaxşılaşdırır.Körpələrdə gələcəkdə allergik xəstəliklərin yaranma ehtimalını azaldır. Bağırsaq mənfəzində oksalatlarla qidalandığına görə, gələcəkdə oksalat mənşəli daşların yaranma ehtimalı azalır. Kəskin diareyalarda və qıcıqlanmış bağırsaq sindromunda effektiv təsir göstərir.
- immun mexanizmləri gücləndirir. İmmunoqlobulin A, interferon sintezini artıraraq orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırır. Xüsusilə, Rotavirusların törətdiyi diarreyalarda effektivdir.
Göstərişləri :
• Disbakterioz ( antibakterial , şüa və ya kimyəvi terapiyalardan sonra)
• Kəskin və xroniki diareyalarda (Rotavirus infeksiyası, səyahətçi diareyası )
• Qəbizlik
• Qurd invaziyaları
• Süni və qarışıq qida qəbul edən körpələr
• Malabsorbsiya sindromu
• Immun sisteminin gücləndirilməsi və infeksiyalarla mübarizə
• Bağırsağın selikli qişasının immun vəziyyətinin yaxşılaşdırılması
• Xəstəlikdən (xüsusilə infeksion xəstəliklərdən) sonrakı reabilitasiya dövrü
• Allergik diatezlər
• Allergik xəstəliklərin qarşısının alınması və müalicəsi
• İşlədici preparatların uzunmüddətli istifadəsi
Əks göstərişləri:Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.
Dozalanması:1 saşe, gündə 1-2 dəfə daxilə qəbul olunur.
Körpə uşaqlara yeməyə (otaq temperaturunda) və ya mayeyə qatılaraq verilə bilər.
Buraxılış forması: Dostin – 20 saşe
İstehsalçı Aspar ilac\ Türkiyyə\ İstanbul
Bülletenimizə abunə olun və ən son xəbərlər, xüsusi təkliflər, tədbirlər və endirimlərdən ilk siz xəbərdar olun.